Avropa İttifaqı rus diplomatların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək

Digər ölkələr
  • 07 oktyabr, 2025
  • 08:47
Avropa İttifaqı rus diplomatların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək

Avropa İttifaqı casusluq şübhələrinin artması səbəbindən Aİ çərçivəsində rus diplomatlarının hərəkətini məhdudlaşdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" nəşri məlumat yayıb.

"Təklif olunan qaydalar Aİ paytaxtlarında işləyən rus diplomatlarını ölkədən kənara çıxmazdan əvvəl digər ölkələrin hökumətlərini səfər planları barədə məlumatlandırmağa məcbur edəcək", - nəşrin məlumatında qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti