Avropa İttifaqı "Hərbi Şengen" yaratmaq niyyətindədir

Digər ölkələr
  • 05 noyabr, 2025
  • 15:27
Avropa İttifaqı Hərbi Şengen yaratmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) birlik daxilində qoşunların və hərbi texnikanın sərbəst hərəkəti üçün bürokratik və gömrük maneələrini aradan qaldırmağı planlaşdırır. Bununla əlaqədar olaraq "hərbi Şengen"in yaradılması üzərində iş aparılır.

"Report" xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

"Avropa Komissiyası noyabrın 19-da Aİ-nin hərbi mobilliyi, yəni Aİ ölkələrində böyük həcmli texnika, şəxsi heyət, hərbi təchizat vasitələrinin effektiv şəkildə yerdəyişməsi haqqında sənəd təqdim edəcək", - məlumatda bildirilib.

Söhbət müharibə və ya ciddi böhran halında qoşunların və hərbi texnikanın fasiləsiz daşınmasını təmin etmək üçün harmonizasiya olunmuş qaydalar və prosedurlarla, həmçinin quru dəhlizləri, hava və dəniz limanları şəbəkəsi ilə Aİ-nin hərbi mobillik zonasının yaradılmasından gedir.

Son xəbərlər

Bütün Xəbər Lenti