Almaniyada silahlı hücum olub, xəsarət alanlar var
Digər ölkələr
- 19 noyabr, 2020
- 22:47
Almaniyanın Oberhauzen (Şimali Reyn-Vestfaliya federal ərazisi-red) şəhərində soyuq silahla silahlanmış kişinin hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.
Bu barədə "Report" "Westdeutsche Allgemeine Zeitung" qəzetinə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00-red) olub. Məlumata görə, insanlara hücum etmiş şəxs saxlanılıb. O, yaxalanma zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib, hazırda intensiv terapiya bölməsindədir. Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.
Məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.
Hücumun başvermə şəraiti açıqlanmır. Şəhər polisi araşdırma aparılması üçün Essen şəhərindən əlavə qüvvələr istəyib.
Son xəbərlər
11:41
Utilizasiya proqramı çərçivəsində 1687 nəfərə yerli istehsal yeni avtomobil təqdim edilib
Ekologiya11:39
MM Azərbaycanla Ekvador arasında viza tələbinin ləğvini ratifikasiya edib
Milli Məclis11:34
Türkiyəli rəsmi: "Sağlamlığın qorunması risklər böhrana çevrilməzdən əvvəl başlamalıdır"
ASK11:32
Vüqar Bayramov: "Ötən il büdcədə fiskal diversifikasiya meylləri güclənib"
Maliyyə11:32
Naxçıvanda idarəçilik modelinin təkmilləşdirilməsi haqda dəyişiklik qəbul edilib
Milli Məclis11:31
MM Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinin genişləndirilməsini son oxunuşda qəbul edib
Milli Məclis11:27
Video
Azərbaycanda bu günə qədər 30 min nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib
Ekologiya11:27
DYP-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası ətraf mühitə mühüm töhfə verir
Ekologiya11:23