Almaniya XİN: Cenevrə danışıqları Avropa uğurlu olub

Digər ölkələr
  • 24 noyabr, 2025
  • 12:10
Almaniya XİN: Cenevrə danışıqları Avropa uğurlu olub

ABŞ və Ukrayna arasında Rusiya ilə müharibənin dayandırılması ilə bağlı 28 bənddən ibarət plana dəyişikliklərin edilməsi ilə əlaqədar Cenevrədə aparılan danışıqlar Avropa üçün möhtəşəm uğurla nəticələnib.

"Report" "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Deutschlandfunk" radiostansiyasına deyib.

"Avropaya dair bütün məsələlər, eləcə də NATO ilə bağlı məsələlər bu plandan çıxarılıb - bu, dünən əldə etdiyimiz möhtəşəm uğurdur", - Y.Vadeful bildirib.

Xarici işlər naziri qeyd edib ki, Avropa tərəfdaşları lap əvvəldən hər hansı bir sazişin Avropa və Ukraynanın maraqları nəzərə alınmadan imzalanmamasının qəti tərəfdarı olublar.

Xatırladaq ki, noyabrın 23-də Cenevrədə Ukrayna və ABŞ nümayəndələri arasında Birləşmiş Ştatların sülh təklifi ilə bağlı danışıqlar aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti