Aleksandr Stubb: ABŞ-nin dünyada "xeyir hegemonu" kimi rolu azalıb
- 22 mart, 2026
- 16:51
ABŞ artıq dünyada "xeyir hegemonu" kimi çıxış etmir, müttəfiqləri ilə məsləhətləşmədən İrana endirdiyi zərbələr isə bunu təsdiqləyir.
"Report"un məlumatına görə, Finlandiya Prezidenti Aleksandr Stubb bunu "The Sunday Telegraph" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, ABŞ əvvəllər Liviya, İraq və Əfqanıstandakı əməliyyatlarında müttəfiqləri ilə hərəkətlərini əlaqələndirib və BMT Təhlükəsizlik Şurasından bununla bağlı təsdiq almağa çalışıb.
"Bu dəfə ABŞ müttəfiqlərinə məlumat vermədən ya müstəqil, ya da İsraillə birgə hərəkət edib", - o qeyd edib.
Stubb vurğulayıb ki, ABŞ güclü ölkə olaraq qalır, lakin qlobal liderliyə yanaşması dəyişib və indi müttəfiqlərinə daha az güvənir.
Finlandiya Prezidenti həmçinin qeyd edib ki, Avropa əvvəllər ABŞ-nin xarici siyasət siyahısında Qərb yarımkürəsi və Hind-Sakit okean regionundan sonra üçüncü, Yaxın Şərq isə dördüncü yerdə olub.
O, konkret məsələlərdə mümkün fikir ayrılıqlarına baxmayaraq, NATO daxilində və müdafiə sahəsində əməkdaşlıq da daxil olmaqla transatlantik tərəfdaşlığı qorumağa çağırıb.