“Air Canada” təyyarəsi qəza enişi edib

Digər ölkələr
  • 30 yanvar, 2016
  • 03:51
“Air Canada” təyyarəsi qəza enişi edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Nyu-York-Vankuver səfərini həyata keçirən “Air Canada” aviaşirkətinə məxsus "Airbus A319" sərnişin təyyarəsi Toronto şəhərinin hava limanına qəza enişi edib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, enişə səbəb 10.9 km hündürlükdə təyyarənin salonunun hermetikliyinin pozulması olub.

İnsident zamanı sərnişinlərdən oksijen maskaları taxmaları xahiş olunub.

Hadisənin səbəbləri araşdırılır.