Aİ-nin Rusiyaya qarşı sanksiyaları 1 980 şəxsi və 683 təşkilatı əhatə edir - YENİLƏNİB-2

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 13:38
Aİ-nin Rusiyaya qarşı sanksiyaları 1 980 şəxsi və 683 təşkilatı əhatə edir - YENİLƏNİB-2

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları çərçivəsində qara siyahıya ümumilikdə 1 980 şəxs və 683 təşkilat daxil edilib.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında deyilir.

Aİ-nin təsdiq etdiyi 19-cu sanksiya paketinə 21 şəxs və 41 təşkilat daxildir.

Avropa İttifaqının (Aİ) təsdiqlədiyi 19-cu sanksiya paketi çərçivəsində Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalına qısamüddətli müqavilələr üçün 6 ay ərzində və uzunmüddətli müqavilələr üçün 1 yanvar 2027-ci ildən etibarən qadağa qoyulması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Sanksiya siyahısına "kölgə donanması"nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır.

"Maliyyə" blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə "Mir" sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi.

Bundan başqa, Avropa operatorlarının Rusiyada turizmlə bağlı xidmətlər göstərməsinə qadağa qoyulacaq.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmi qaydada təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Aİ 19-cu sanksiya paketi çərçivəsində Rusiya diplomatlarının birlik daxilində hərəkətini məhdudlaşdıracaq.

Rusiya neftini xarici bayraqlar altında daşıyan 100-dən çox tankerə məhdudiyyətlər tətbiq edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti