Aİ Qəzzada dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb
Digər ölkələr
- 04 oktyabr, 2025
- 14:26
Avropa Şurasının sədri Antoniu Koşta bəyan edib ki, Qəzzada girovlar azad edilməli, atəşkəs əldə edilməli və humanitar yardıma maneəsiz çıxış təmin edilməlidir.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Qəzzada sülh nəhayət əldə edilə bilər. HƏMAS-ın ABŞ Prezidentinin sülh təklifinə cavabı irəliyə doğru atılmış mühüm addımdır. İndi ardıcıl olaraq girovların azad edilməsi, atəşkəs və maneəsiz humanitar yardımın əldə edilməsi təmin edilməlidir. Bütün tərəfləri operativ və məsuliyyətli hərəkət etməyə çağırıram", - Koşta vurğulayıb.
O, həmçinin qeyd edib ki, Aİ öz tərəfdaşları ilə birlikdə ədalətli və davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcək.
Son xəbərlər
16:44
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Sağlamlıq16:30
Türkiyə Nazirlər Kabineti NATO sammitini, İranı və Ukraynanı müzakirə edəcək
Region16:18
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Digər ölkələr16:04
Ukraynanın Baş naziri istefa verəcək
Digər ölkələr15:56
Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Hadisə15:43
İraqın Baş naziri neft və qaz sazişlərini müzakirə etmək üçün sabah Vaşinqtona səfər edəcək
Digər ölkələr15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Region14:44