Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb
- 27 aprel, 2026
- 15:18
Avropa İttifaqı (Aİ) ölkənin hazırkı hakimiyyətinə təzyiqi davam etdirməyə çalışaraq, Myanmaya qarşı sanksiyaları azı 2027-ci ilin may ayına qədər uzadıb.
Bu barədə "Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir.
Məlumata görə, bunlara 105 fiziki və 22 hüquqi şəxs üçün aktivlərin dondurulması, səyahət qadağaları və silah tədarükünə embarqo daxildir.
"Aİ 1 fevral 2021-ci il dövlət çevrilişindən sonra Myanma hərbçilərinin hərəkətlərini bir daha ən qəti şəkildə pisləyir. Əsas azadlıqların geniş yayılmış məhdudiyyətləri və qorxu atmosferi ilə yanaşı davam edən ciddi insan hüquqları pozuntularını pisləyir və zorakılığın bütün formalarına son qoyulmasına, özbaşına saxlanılan bütün məhbusların azad edilməsinə çağırırıq", - bəyanatda bildirilib.
İttifaq ölkədə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazır olduğunu bəyan edib:
"Aİ bu tədbirlərin məqsədyönlü xarakter daşımasını, eləcə də onların Myanma əhalisinə zərər vurmamasını təmin etməyə davam edəcək".
Xatırladaq ki, Aİ-nin Myanmaya qarşı sanksiyaları ilk dəfə 2021-ci ilin fevralındakı hərbi çevrilişdən sonra tətbiq edilib.