Ağ Ev: Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb
Digər ölkələr
- 26 fevral, 2025
- 18:53
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş hələ planlaşdırılmayıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.
O bildirib ki, iki ölkənin rəsmiləri Ukraynadakı müharibənin həlli ilə bağlı ünsiyyəti davam etdirirlər.
"Prezident Putinlə birbaşa dialoq aparıb. O, (Tramp-red) bildirib ki, hər iki tərəf bu münaqişənin bitməsini istəyir", - Ağ Evin mətbuat katibi Trampla Putin arasında fevralın 12-də baş tutan telefon danışığından bəhs edərkən deyib.
“Prezidentin bu münaqişəni sona çatdırmağı tapşırdığı nümayəndə heyəti ruslar və ukraynalılarla əlaqə saxlamağa davam edib. Müharibəyə son qoymaq üçün hər iki tərəflə danışmalıyıq”, - o vurğulayıb.
Son xəbərlər
12:21
Bakıda Yaşıl Enerji Dəhlizinin nazirlər görüşü başlayıb
Energetika12:17
Foto
Azərbaycan və İordaniya viza rejimini ləğv edir
Xarici siyasət12:16
"İmişli" Bəxtiyar Həsənalızadəni heyətinə qatıb
Futbol12:13
Starmer NATO ölkələrinin liderlərini Ukrayna və İran məsələlərində birliyə çağırır
Digər ölkələr12:13
BP Azərbaycanda sosial layihələrinin sahəsini genişləndirir
Sosial müdafiə12:03
Merts: Rusiyanın Ukrayna ilə müharibədə qələbə qazanmaq şansı yoxdur
Digər ölkələr11:59
Azərbaycan və İordaniya XİN başçıları danışıqlar aparır
Xarici siyasət11:59
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Elm və təhsil11:58