Afrində 2872 terrorçu məhv edilib, 144 məntəqə təmizlənib
Digər ölkələr
- 06 mart, 2018
- 07:29
Bakı. 6 mart. REPORT.AZ/ Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birgə Afrində keçirdiyi "Zeytun budağı" adlı antiterror əməliyyatı nəticəsində 2872 terrorçu zərərsizləşdirilib.
“Report” NTV televiziyasına istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, 46 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 2872 terrorçusu məhv edilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb.
Əməliyyat nəticəsində 114 kənd, o cümlədən 30 əsas strateji nöqtə terrorçulardan təmizlənib, ümumilikdə 144 məntəqə Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin nəzarəti altına keçib.
Son xəbərlər
23:54
Londonda kater Vestminster körpüsünə çırpılıb, beş polis əməkdaşı xəsarət alıb
Digər ölkələr23:35
Türkiyədə 17 il əvvəl helikopter qəzasında ölən müxalifət liderinin sui-qəsdə uğradığı üzə çıxıb
Region23:22
Vuçiç ABŞ-nin Serbiya mallarının idxal rüsumlarını müvəqqəti ləğv etdiyini bildirib
Digər ölkələr23:04
Zelenski Rusiyanın Ukraynaya yeni kütləvi hücuma hazırlaşdığını açıqlayıb
Digər ölkələr22:53
ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb
Digər ölkələr22:44
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb
Digər ölkələr22:31
Foto
Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılan ərazi nəzarətə götürülüb
Mədəniyyət siyasəti22:08
Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib
Digər ölkələr21:54