Afrikada qasırğa 50-yə yaxın insanın həyatına son qoyub
Digər ölkələr
- 25 yanvar, 2022
- 23:18
Afrikanın cənub-şərqində “Anna” tropik qasırğası son dörd gündə azı 46 nəfərin həyatına son qoyub.
"Report" xəbər verir ki, bu barədə France-Presse (AFP) agentliyi məlumat yayıb.
İnsan tələfatı Madaqaskar, Mozambik və Malavidə qeydə alınıb.
Yanvarın 22-də Madaqaskarda daşqınlar və torpaq sürüşmələri nəticəsində 39 nəfər ölüb, 65 min nəfər evsiz-eşiksiz qalıb. Ayın 24-də qasırğa Mozambikin mərkəzi bölgələrinə çatıb. İlkin məlumata görə, orada 3 nəfər ölüb, 49 nəfər yaralanıb. Malavidə isə daşqınlar nəticəsində 4 nəfər ölüb, ölkənin böyük hissəsi işıqsız qalıb.
Qasırğa günün sonuna kimi Zimbabve sərhədini keçəcək.
Son xəbərlər
20:28
Səfir: Misir Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Xarici siyasət20:13
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
Digər ölkələr20:09
Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib
İnfrastruktur20:05
Foto
Mingəçevirdə yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib
Fərdi20:02
Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb
Hadisə19:47
"Reuters": Livan və İsrail Romada qoşunların geri çəkilməsi planı üzrə irəliləyiş əldə ediblər
Digər ölkələr19:32
Aİ Ukrayna ilə müdafiə tərəfdaşlığına və dronların birgə istehsalı proqramına start verib
Xarici siyasət19:24
ABŞ-də ötən həftə neft ehtiyatları 1,69 milyon barel azalıb
Digər ölkələr19:13