ABŞ və Polşa hərbi əməkdaşlığı gücləndirir
Digər ölkələr
- 15 avqust, 2020
- 09:35
ABŞ hərbçilərinin Polşadakı iştirakını gücləndirən Genişləndirilmiş Müdafiə Əməkdaşlığı Sazişi imzalanıb.
“Report” xəbər verir ki, bu barədə “Twitter”də ABŞ-ın Polşadakı səfiri Corcetta Mosbaxer məlumat verib.
Qeyd olunub ki, bu saziş bu gün paytaxt Varşavada Polşa Prezidenti Anjey Duda, ABŞ-ın dövlət katibi Mayk Pompeo və Polşanın müdafiə naziri Mariuş Blaşakın iştirakı ilə imzalanıb.
Səfir bildirib ki, saziş ABŞ-ın Polşadakı hərbi iştirakının gücləndirilməsinə və uzadılmasına xidmət edəcək.
Qeyd edək ki, iki ölkə arasında razılaşma hələ iyulun 31-də əldə olunmuşdu.
Son xəbərlər
17:31
Qalibaf İsrailin Livana hücumları fonunda ABŞ-ni tənqid edib
Region17:24
Milli Qurtuluş Günü Azərbaycan üçün yeni inkişaf mərhələsinin əsasını qoyub – RƏY
Daxili siyasət17:16
Hikmət Hacıyev ilə Armen Qriqoryan Ermənistanın Dilican şəhərində görüşüb
Xarici siyasət17:01
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Xarici siyasət16:45
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
Digər ölkələr16:20
Abbas Əraqçi: Regionun təhlükəsizliyi İransız qurula bilməz
Region16:05
İsrailin Beyruta hücumu zamanı "Hizbullah" komandirlərindən biri həlak olub - YENİLƏNİB
Digər ölkələr16:00
DÇ-2026: Almaniya və Niderland milliləri mübarizəyə başlayır
Futbol15:55