ABŞ "Sinaloa" kartelinin lideri barədə məlumat verən şəxsə 5 milyon dollar mükafat vəd edib

Digər ölkələr
  • 17 sentyabr, 2025
  • 06:28
ABŞ Sinaloa kartelinin lideri barədə məlumat verən şəxsə 5 milyon dollar mükafat vəd edib

ABŞ Dövlət Departamenti Meksikanın "Sinaloa" narkokartelinin liderlərindən biri olan Xuan Xose Ponse Feliksin tutulması ilə bağlı məlumat verən şəxsə 5 milyon dollar mükafat təklif edib.

"Report" bu barədə qurumun bəyanatına istinadən xəbər verir.

Sənədə əsasən, kartel lideri həm də "Xesus Alexandro Sançez Felix" və "El Ruso" ləqəbləri ilə tanınır.

Federal Təhqiqatlar Bürosunun məlumatına görə, o, kartelin "La Mayiza" qruplaşmasının silahlı qanadı "Los Ruso"sun yaradıcısı və rəhbəridir. "La Mayiza" fentanil, kokain, marixuana, heroin və metamfetamin istehsalı və onların Meksikanın şimal-şərqindən ABŞ-yə qaçaqmalçılığı ilə məşğuldur.

Xuan Xose Ponse Feliks son on ildə reketçilik, narkotik alveri, çirkli pulların yuyulması və silah alverinə görə Kaliforniya hakimiyyəti tərəfindən axtarışda olub.

Son xəbərlər

Bütün Xəbər Lenti