ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri, 300 tank və digər silahlar satacaq

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 04:17
ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri, 300 tank və digər silahlar satacaq

ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələri və təxminən 300 tank da daxil olmaqla xeyli miqdarda silah satmağı planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin açıqladığı sənədlərdə deyilir.

Sənədlərdə ABŞ Prezidenti Donald Trampın krallığa gələcəkdə F-35 təyyarələri də daxil olmaqla iri miqyasda müdafiə məhsulları paketinin satışını təsdiqlədiyi göstərilir. Vaşinqton administrasiyası hesab edir ki, bu müqavilə ABŞ-nin hərbi-sənaye bazasını gücləndirəcək və Səudiyyə Ərəbistanının Amerika məhsullarını alışını davam etməsini təmin edəcək.

Ağ Ev bildirib ki, Prezident Səudiyyə Ərəbistanı ilə müdafiə qabiliyyətlərini artıracaq və Amerikada yüzlərlə iş yerini saxlayacaq təxminən 300 tankı almaq barədə razılığa gəlib.

Müqavilələr və ya təchiz edilən avadanlıqlarla bağlı əlavə məlumat verilmir.

Son xəbərlər

Bütün Xəbər Lenti