ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 22 dekabr, 2015
  • 17:01
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə "Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin açıqladığı yeni sanksiya siyahısına 34 fiziki və hüquqi şəxsin adı daxil edilib.

Sözü gedən siyahıda “Sberbank” və “VTB Bank”-ın Ukrayna, Qazaxıstan və Avropadaki filiallarının da adları var.