ABŞ Rusiya və Çinlə bərabər şərtlərlə nüvə sınaqlarına qayıdacaq

Digər ölkələr
  • 17 fevral, 2026
  • 19:43
ABŞ Rusiya və Çinlə bərabər şərtlərlə nüvə sınaqlarına qayıdacaq

ABŞ Rusiya və Çinlə bərabər şərtlərlə nüvə sınaqlarına qayıdacaq, lakin atmosferdə meqaton sinifli partlayışlar həyata keçirməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi Kristofer Ya Vaşinqtonda Hudson institutunda keçirilən seminarda bildirib.

"Prezidenti Donald Trampın dediyi kimi, ABŞ bərabər şərtlərlə sınaqların keçirilməsinə qayıdacaq. Lakin bərabər şərtlər, "Ivy Mike" tipli meqatonluq nüvə atmosfer sınaqlarına qayıdacağımız mənasını vermir. Bərabər şərtlər müəyyən bir standarta uyğunluq deməkdir. Bu standartın nədən ibarət olduğunu başa düşmək üçün Çin və Rusiyaya baxın", - o qeyd edib.

Dövlət Departamentinin nümayəndəsi həmçinin vurğulayıb ki, Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) bəndlərinə əməl etməyə davam etmək barədə razılaşma yoxdur: "Mənim belə bir razılaşmadan xəbərim yoxdur. Və bu məsələ hələ də ABŞ prezidentinin əlindədir".

Onun sözlərinə görə, START-ın müddətinin başa çatması ilə əlaqədar Vaşinqton gələcəkdə silahlara nəzarəti təmin etmək üçün strateji sabitlik üzrə çoxtərəfli danışıqların aparılmasını təklif edir. "Çoxtərəfli yanaşma nüvə silahlanması üzrə nəzarətsiz yarışın qarşısını almağa, onların artırılmasını məhdudlaşdırmağa və zərurət yarandıqda, nüvə silahına malik olan və nüvə silahının yayılmaması ilə bağlı müqavilənin iştirakçısı olmayan dövlətlərə aid məsələləri həll etməyə kömək edəcək", - Ya bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti