ABŞ rəsmisi Ağ Evin İsraili dəstəklədiyini bildirib
Digər ölkələr
- 15 dekabr, 2023
- 09:52
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsraildə keçirdiyi mətbuat konfransında ölkəsinin Təl-Əvivi dəstəklədiyini deyib.
"Report" xəbər verir ki, o, ABŞ-nin İsrailin yanında olduğunu bildirib:
“Biz İsrailin HƏMAS-a qarşı özünümüdafiə hüququnu dəstəkləyirik”.
C.Sallivan həmçinin bu gün İordan çayının qərb sahilində Fələstin Prezidenti Mahmud Abbasla da görüşəcəyini söyləyib.
Eyni zamanda ABŞ rəsmisi dinc əhali arasında itkilərin qarşısının alınması məqsədilə İsraildən nəticə gözlədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. Bu, savaş başlayandan bəri C.Sallivanın İsrailə ikinci səfəridir.
Son xəbərlər
21:47
İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb
Digər ölkələr21:29
Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Digər ölkələr21:19
Tayvanda "Bavi" tayfunu səbəbindən 178 min ailə işıqsız qalıb - YENİLƏNİB
Digər ölkələr20:57
Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
Digər ölkələr20:46
Video
Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub
Daxili siyasət20:36
"Bavi" tayfunu Çinin şərq sahillərinə çatıb
Digər ölkələr20:23
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
Digər ölkələr20:09
Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb
Digər ölkələr19:51