ABŞ qırıcılarının endirdiyi hava zərbələri nəticəsində Əfqanıstanda 12 polis həlak olub

Digər ölkələr
  • 22 iyul, 2017
  • 07:21
ABŞ qırıcılarının endirdiyi hava zərbələri nəticəsində Əfqanıstanda 12 polis həlak olub

Bakı. 22 iyul. REPORT.AZ/ ABŞ qırıcılarının Əfqanıstanda yanlış ərazini bomblaması nəticəsində 12 əfqan polisi həlak olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Gilmend vilayətində baş verib.

ABŞ-ın Müdafə Nazirliyi faktı təsdiqləyib. Pentaqondan bildirilib ki, əslində qırıcılar "Taliban" qruplaşmanın üzvlərinin gizləndiyi yerləri bombalamalıymış.