ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib

Digər ölkələr
  • 01 yanvar, 2026
  • 05:16
ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib

ABŞ ordusu Sakit Okeanın şərqində beynəlxalq sularda narkotik kartellərinin istifadə etdiyi üç gəmiyə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı sosial şəbəkədə məlumat yayıb.

"Kəşfiyyat gəmilərin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik vasitələri daşıdığını təsdiqləyib. Hücum nəticəsində 3 nəfər həlak olub", - komandanlığın bəyanatında deyilir.

ABŞ Cənub Komandanlığı bildirib ki, ölənlərdən üçü gəmilərdən birində olub, digər ikisi isə başqa iki qayığı tərk edib. Daha sonra hərbçilər gəmiləri batırıb və axtarış-xilasetmə üçün ABŞ Sahil Mühafizəsini xəbərdar edib.

Son xəbərlər

Bütün Xəbər Lenti