ABŞ noyabrın sonuna kimi Çinlə nadir metallar üzrə saziş imzalanacağına ümid edir
Digər ölkələr
- 16 noyabr, 2025
- 22:31
ABŞ noyabrın sonunadək Çinlə nadir torpaq metalları üzrə yekun saziş imzalanacağına ümid edir.
"Report"un məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Skot Bessent "Fox News"a müsahibəsində deyib.
"Müqaviləni hələ yekunlaşdırmamışıq, lakin ümid edirik ki, Şükran Gününə qədər (bu il noyabrın 27-də qeyd olunur -Qeyd) bunu həyata keçirəcəyik", - deyə o bildirib.
Bessent həmçinin Çinin saziş üzrə öhdəliklərinə əməl edəcəyinə əminliyini ifadə edib: "Əgər etməsələr, bizim çoxlu təsir imkanlarımız var".
Daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər verib ki, Çin Pentaqona bağlı şirkətlərə nadir torpaq metalları və bir sıra digər materialların tədarükünü məhdudlaşdıran yoxlanılmış son istifadəçi sistemi yaratmağı düşünür.
Son xəbərlər
00:41
Çexiyada son 11 ayda beşinci quş qripi epidemiyası qeydə alınıb
Digər ölkələr00:10
Xırdalan-Saray yolunda avtomobil piyadanı vurub öldürüb
Hadisə00:07
Venesuela ilə gərginliyin fonunda ABŞ-nin təyyarədaşıyan gəmisi Karib hövzəsinə gəlib
Digər ölkələr00:00
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Daxili siyasət23:42
Ayxan Abbasov: "Fransa millisinə qol vurmaq da çətindir"
Futbol23:28
Azərbaycan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb
Hadisə23:18
Didye Deşam: "Azərbaycan millisi çox aqressiv idi"
Futbol22:51
Foto
Video
DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdəki son matçında Fransa yığmasına uduzub - YENİLƏNİB - 7
Futbol22:39