ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Venesuelaya qarşı müharibə aparmır

Digər ölkələr
  • 05 yanvar, 2026
  • 20:45
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Venesuelaya qarşı müharibə aparmır

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, Vaşinqton Venesuelaya qarşı müharibə aparmır.

"Report"un məlumatına görə, o, bunu BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında deyib.

"ABŞ Dövlət katibi Marko Rubio əvvəlcə bəyan etdiyi kimi, Venesuelaya və onun xalqına qarşı müharibə aparılmır. Biz ölkəni işğal etmirik", – Uolts vurğulayıb.

Nikolas Maduronun saxlanılması və zorla ABŞ-yə aparılması barədə danışan amerikalı diplomat bunun "hüquq-mühafizə əməliyyatı" olduğunu qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti