ABŞ neftin qiymətlərinin ucuzlaşacağını proqnozlaşdırır
Digər ölkələr
- 10 oktyabr, 2019
- 04:36
ABŞ-ın Energetika Nazirliyinin proqnozuna əsasən qısamüddətli dövrdə neftin qiymətinin ucuzlaşması gözlənilir.
"Report"un RİA "Novosti"yə istinadən məlumatına görə, nazirliyin saytında dərc edilmiş xəbərdə qeyd edilir ki, ilin sonuna kimi "Brent" markalı neftin bir barelinin qiyməti 59 dollar səviyyəsində qalacaq.
Qeyd edilir ki, buna baxmayaraq növbəti ilin ikinci rübündə neftin qiyməti 57 dollara qədər ucuzlaşacaq.
Nazirlik belə dəyişikliklərin səbəbini "qara qızıl"ın dünya ehtiyatlarının artımı ilə izah edib.
İdarənin proqnozunda həmçinin göstərilir ki, qiymətlərin düşməsi gələcəkdə neftin bir barelinin qiymətinin 62 dollara qədər artımı ilə əvəzlənəcək. 2020-ci ildə orta proqnozlaşdırılan qiymət təxminən 60 dollar təşkil edir.
Son xəbərlər
02:21
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
Digər ölkələr01:45
Serbiyanın NIS şirkəti ABŞ-dan lisenziyanın uzadılması ilə bağlı qərarı gözləyir
Digər ölkələr01:18
Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
Digər ölkələr00:58
Foto
Video
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Hadisə00:22
Tramp: ABŞ olmadan İsrail mövcudluğunu davam etdirə bilməzdi
Digər ölkələr23:56
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
Digər ölkələr23:43
HƏMAS Qəzza planında tərksilahla bağlı bəndi yerinə yetirməyə razılaşıb
Digər ölkələr23:22
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Region23:05
Foto