ABŞ müdafiə naziri müalicədən sonra yenidən işinə qayıdıb
Digər ölkələr
- 29 yanvar, 2024
- 16:05
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda işinə qayıdıb.
“Report” xəbər verir ki, Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.
“Müdafiə naziri Lloyd Ostin bu gün Pentaqona qayıdıb. Nazir yanvarın 15-də Uolter Rid Milli Tibb Mərkəzindən buraxıldıqdan sonra öz vəzifələrini evdən yerinə yetirirdi”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, L.Ostin yanvarın 1-i axşam saatlarında Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilib. Yanvarın 2-də onun bəzi səlahiyyətləri müavini Ketlin Hiksə verilib. Tibb mərkəzinin yanvarın 9-da dərc olunmuş bəyanatında deyilirdi ki, mütəxəssislər ona 2023-cü ilin dekabrında prostat vəzi xərçəngi diaqnozu qoyub, yanvarın 1-də isə ağırlaşmalarla əlaqədar nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Son xəbərlər
17:13
Tramp: Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbələri müharibənin sonunu yaxınlaşdıra bilər
Digər ölkələr17:10
Tramp: ABŞ bu gecə İrana yeni ağır zərbələr endirəcək
Digər ölkələr17:10
Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır
Digər ölkələr17:01
Türkiyənin enerji şirkəti Bakı Fond Birjasında İPO-ya çıxa bilər
Maliyyə16:58
"Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır
Futbol16:50
Foto
"SABAH-ın Məzunu 2026" tədbiri keçirilib
Elm və təhsil16:47
Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH
Analitika16:47
NATO 50 milyard dollarlıq yeni satınalmalar və Ukraynaya 70 milyard avro yardım elan edib
Region16:46