ABŞ məhkəməsi reper P. Diddiyə 50 ay həbs cəzası verib

Digər ölkələr
  • 04 oktyabr, 2025
  • 02:25
ABŞ məhkəməsi reper P. Diddiyə 50 ay həbs cəzası verib

Səhnə adı P.Diddy ilə tanınan reper Şon Kombs qadınları fahişəliyə cəlb etməyə görə 4 il 2 ay həbs cəzasına məhkum edilib.

"Report" bu barədə "The New York Times"a istinadən xəbər verir.

Federal prokurorlar musiqiçiyə 11 ildən artıq həbs cəzası istəyib. P. Diddy özünü təqsirli bilməyib, lakin davranışını "iyrənc, biabırçı və xəstə" adlandırıb.

Onun vəkilləri xeyriyyə işlərinin görüntülərini nümayiş etdirərək daha yüngül cəza istəyiblər. Hökmdən sonra vəkil sənətçinin 1 milyon dollar girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, məhkəmə bunu rədd edib.

Musiqiçi keçmiş sevgilisi onu insan alverində və illərlə zorakılıqda ittiham etdikdən sonra 2024-cü il sentyabrın 17-də Nyu -orkda həbs edilib. O, həmçinin fahişəlik təşkil etməkdə ittiham olunub. Daha sonra reperə qarşı cinsi qısnamada ittiham edilərək yeni iddialar qaldırılıb.

Bu işlərdən biri Şon Kombsun 2007-2012-ci illər arasında cinsi hərəkətlərə məcbur etdiyi iddia edilən kişi ilə bağlı idi. İki qadın da 1990-cı illərdə repçinin ev sahibliyi etdiyi məclislərdə narkotik qəbulu və təcavüzə məruz qaldıqlarını iddia edərək məhkəməyə müraciət edib.

Son xəbərlər

Bütün Xəbər Lenti