ABŞ Konqresi 2026-cı il üçün rekord məbləğdə hərbi büdcəni təqdim edib

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 15:16
ABŞ Konqresi 2026-cı il üçün rekord məbləğdə hərbi büdcəni təqdim edib
ABŞ konqresi

ABŞ Konqresi 2026-cı il üçün rekord həddə - 900 milyard dollar məbləğində hərbi büdcəni təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "Fox news" telekanalı məlumat yayıb.

30 sentyabrda başa çatan 2025-ci maliyyə ilində ölkənin hərbi büdcəsi 884 milyard dollar təşkil edib.

Növbəti ilin büdcəsi ilk növbədə, ABŞ ilə Çin arasında iqtisadi və hərbi rəqabətin transformasiyasına yönəlib. Bura yeni investisiya məhdudiyyətlərinin tətbiqi, Pentaqonun təchizat zəncirində bir sıra Çin texnologiyalarının qadağan edilməsi, həmçinin Pekinin qlobal izinin izlənilməsi üçün kəşfiyyat səylərinin genişləndirilməsi daxildir.

Qanunvericilərin təklif etdiyi hərbi büdcə ABŞ Prezidenti Donald Trampın təklif etdiyi məbləğdən 8 milyard dollar çoxdur. Tramp Konqresdən hərbi ehtiyaclar üçün 892,6 milyard dollar ayrılmasını xahiş etmişdi. Bu məbləğ həm Pentaqonun, həm də müdafiə və təhlükəsizlik sahələri ilə əlaqəli digər agentlik və proqramların maliyyələşdirilməsini əhatə edir.

Son xəbərlər

Bütün Xəbər Lenti