ABŞ İranın Ərbilə endirdiyi zərbələri pisləyib
Digər ölkələr
- 16 yanvar, 2024
- 04:09
ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərinə endirdiyi zərbələri pisləyir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
“Biz İranın İraqda sabitliyi pozan ehtiyatsız raket hücumlarına qarşıyıq”, - deyə bəyanatda bildirilir.
Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar İraq hökumətini və İraq Kürdüstan Regional Hökumətini ölkə xalqının istəklərini yerinə yetirmək səylərində dəstəkləyir.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.
Son xəbərlər
11:51
Nazir müavini: "Şirvan–Salyan bölgəsində səmərəli suvarma və lazer hamarlama tətbiq ediləcək"
ASK11:51
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
ASK11:47
Fransada anomal istilər 13 nəfərin ölümünə səbəb olub
Digər ölkələr11:45
Foto
Azərbaycan badmintonçusu Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
Fərdi11:45
Məcnun Məmmədov: "Naxçıvanın taxıl istehsalında ölkə üzrə payı 1,3 % olub"
ASK11:43
Foto
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Xarici siyasət11:39
Nazir: "Naxçıvanda ötən il 127 milyon manatlıq aqrar məhsul istehsal edilib"
ASK11:34
"Araz-Naxçıvan" Rəşad Həsənovla anlaşıb
Futbol11:32