ABŞ-ın müdafiə nazirində koronavirus aşkarlanıb
Digər ölkələr
- 03 yanvar, 2022
- 03:22
ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə hərbi idarə rəisinin Pentaqonun saytında dərc olunan bəyanatında deyilir.
"Bu səhər mənim koronavirus testim müsbət çıxdı", - nazir deyib.
Ostin vurğulayıb ki, onda xəstəliyin yüngül əlamətləri var və həkimin tövsiyələrinə əməl edir.
O, qeyd edib ki, müdafiə nazirinin bütün səlahiyyətlərini özündə saxlayır və mümkün qədər virtual formatda əsas görüş və tədbirlərdə iştirak etmək niyyətindədir. “ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks bütün digər hallarda lazım olduqda məni təmsil edəcək”, - bəyanatda deyilir.
Ostin xatırladıb ki, əvvəllər koronavirusa qarşı tam peyvənd olunub. O, oktyabr ayında peyvəndin üçüncü dozasını qəbul edib.
Son xəbərlər
22:39
Qurban Qurbanov: "Rəqib çox yaxşı müdafiə olundu"
Futbol22:31
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Xarici siyasət22:18
Hörmüz boğazındakı son proseslər müzakirə olunub - YENİLƏNİB
Region22:14
"Vestri"nin baş məşqçisi Daniel Osafo-Badu: "Qarabağ" möhtəşəm oyun sərgilədi"
Futbol22:01
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
Digər ölkələr21:53
Foto
Video
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
Futbol21:51
ADA Universitetinin tələbələri Azərbaycanın Gürcüstandakı səfirliyində təcrübə keçiblər
Daxili siyasət21:41
Azərbaycan süni intellektin idarə olunması üzrə ilk Qlobal Dialoqa qoşulub
Xarici siyasət21:26