ABŞ-ın maraqlarını qoruyan İsveçrəli diplomat İranda ölüb

Digər ölkələr
  • 04 may, 2021
  • 09:22
ABŞ-ın maraqlarını qoruyan İsveçrəli diplomat İranda ölüb

İsveçrənin Tehrandakı səfirliyinin əməkdaşı İran paytaxtının rayonlarından birində yerləşən çoxmərtəbəli binadan yıxılaraq ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı İranın ISNA agentliyi məlumat yayıb.

Tehranın fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, bədbəxt hadisə baş verib: 51 yaşlı qadın Kamraniya bölgəsindəki çoxmərtəbəli binanın damından yıxılıb. Yerli həkimlər hadisə yerində onun ölümünü qeydə alıblar. O da bildirilib ki, isveçrəli qadının meyiti məhkəmə-tibbi ekspertlərinə təhvil verilib.

“Sky News Arabia” telekanalının məlumatına görə, mərhum İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb. Diplomat ABŞ-ın İrandakı maraqlarının təmin olunması ilə əlaqəli məsələləri kurasiya edib.