ABŞ dövlət katibinin maşın karvanı Hindistanda qəzaya düşüb
Digər ölkələr
- 12 yanvar, 2015
- 12:08
Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerrinin maşın karvanı Hindistanın Əhmədabad şəhərində (Qucarat ştatı) qəzaya düşüb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki məlumat verib.
"Qəza dövlət katibinin aeroporta getdiyi zaman baş verib. Maşın karvanının iki avtomobili toqquşub, Con Kerri birinci avtomobildə olub", - o qeyd edib.
C.Psakinin sözlərinə görə, yol nəqliyyatı hadisəsi nəticəsində heç kim xəsarət almayıb.
Qeyd edək ki, C.Kerri Hindistana bir gün əvvəl iqtisadi forumda iştirak etmək üçün gəlib.
Son xəbərlər
15:25
ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Digər ölkələr15:23
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
İnfrastruktur15:21
Türkiyə klubu "Boluspor" Elvin Yunuszadəni transfer edib
Futbol15:19
Azərbaycanda ixracatçılara yeni dəstək: daşıma xərclərinin 70 %-ə qədər hissəsi kompensasiya olunacaq
Biznes15:18
Foto
Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib
Biznes15:16
Foto
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə15:13
Husilər Səudiyyə Ərəbistanındakı aeroporta zərbə endiriblər
Digər ölkələr15:09
Bloqer Hüseyn Həsənov 4 il qiyabi həbs cəzasına məhkum edilib
Region15:06