ABŞ dövlət katibi Norveçin Baş naziri ilə Qrenlandiyanı müzakirə edib
Digər ölkələr
- 15 fevral, 2026
- 07:19
ABŞ dövlət katibi Marko Rubio Norveçin Baş naziri Yonas Qar Störe ilə görüşdə Qrenlandiyanın strateji əhəmiyyətini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial media hesabında yazıb.
O, Störe ilə Norveçin Arktika təhlükəsizliyindəki həyati rolu və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın strateji əhəmiyyəti barədə danışdığını söyləyib:
"Biz, vacib minerallar da daxil olmaqla, təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək üçün Norveçlə işləməyə sadiqik".
Dövlət katibi həmçinin Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbla görüşdüyünü və onun NATO müttəfiqlərini müdafiə xərcləri öhdəliklərini yerinə yetirməyə təşviq etmək səylərinə görə minnətdarlığını bildirib.
Son xəbərlər
12:15
Bayır şəhərdə 73 abidənin qorunması ilə bağlı tədbirlər görülür
Mədəniyyət siyasəti12:12
Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb
Hadisə12:08
Azad olunmuş ərazilərdə abidələrə dəyən ziyanın məbləği 700 milyon manatdan çoxdur
Daxili siyasət12:07
Foto
Lənkərandakı sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub
İnfrastruktur12:05
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır - YENİLƏNİB
Xarici siyasət12:03
NİİM: "Toy karvanları"nda iştirak edən bəzi sürücülər küçə və prospektlərdə qəza şəraiti yaradırlar
Daxili siyasət12:03
Giorgi Tumasyan: Okamponun Ermənistanın Azərbaycanla münasibətlərinə müdaxiləsi qəbuledilməzdir
Xarici siyasət12:01
Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub
Fərdi12:00