ABŞ dövlət katibi gələn həftə Ukraynaya səfər edəcək
Digər ölkələr
- 30 yanvar, 2015
- 21:55
BAKI. 31 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri fevralın 6-da Ukraynaya səfər edəcək.
Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, Kiyevə səfəri zamanı C.Kerri Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşəcək.
Görüş ABŞ və Rusiya arasında münazibətlərin gərginləşdiyi vaxta təsadüf edir. ABŞ və Qərb müttəfiqləri Rusiyanı Ukraynaya müdaxilə etməkdə təqsirləndirir.
Qeyd edək ki, C.Kerrinin gələn həftə Moskvaya səfər edə biləcəyi ilə bağlı ehtimallar da irəli sürülüb. Ancaq Dövlət Departamentinin rəsmiləri əlavə dayanacaqların planlaşdırılmadığını dilə gətirib.
C.Psaki dövlət katibinin həmkarı Sergey Lavrovla görüşəcəyini bildirsə də, bu görüşün Münxin Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacağını deyib.
Son xəbərlər
21:15
Foto
Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb
Fərdi21:14
CONCACAF İnfantinonun FIFA-nın rəhbəri postunda qalmasını istəmir
Futbol21:12
Prezidentin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
Mədəniyyət siyasəti21:02
"Bloomberg" ərzaq qiymətlərinin artım riski barədə xəbərdarlıq edib
Digər ölkələr20:49
Video
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir
Daxili siyasət20:37
Bəqai: İslam ölkələri arasında mehriban qonşuluğun tərəfdarıyıq
Region20:20
Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb
Region20:02
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
Digər ölkələr19:54
Foto