ABŞ Dövlət Departamenti "Javelin" raket komplekslərinin Polşaya mümkün satışını təsdiqləyib

Digər ölkələr
  • 19 sentyabr, 2025
  • 02:15
ABŞ Dövlət Departamenti Javelin raket komplekslərinin Polşaya mümkün satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Polşaya 780 milyon dollar dəyərində "Javelin" tank əleyhinə raket komplekslərinin mümkün satışını təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Polşa hakimiyyəti ABŞ-yə 2 506 ədəd "Javelin FGM-148F" raketi və 253 buraxılış qurğusunun alınması ilə bağlı sorğu göndərib. Ümumi müqavilənin dəyəri 780 milyon dollar olaraq qiymətləndirilir.

Qeyd olunur ki, bu silahların Polşaya satışı ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik sahəsindəki məqsədlərinə xidmət edir, çünki bu, NATO üzrə müttəfiqin müdafiə qabiliyyətini gücləndirəcək.

Agentlik hesab edir ki, bu razılaşma Polşanın mövcud və gələcək təhdidlərə cavab vermə imkanlarını genişləndirəcək. Eyni zamanda, "Javelin" komplekslərinin Varşavaya satışı regionda hərbi qüvvələr balansını dəyişməyəcək və ABŞ hökumətinin əlavə nümayəndələrinin və ya podratçılarının göndərilməsini tələb etməyəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti