ABŞ-də PUA-larla mübarizə üçün işçi qrup yaradılacaq

Digər ölkələr
  • 29 avqust, 2025
  • 03:11
ABŞ-də PUA-larla mübarizə üçün işçi qrup yaradılacaq

Pentaqon pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün işçi qrup yaradacaq.

"Report" xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset bu barədə özünün "X" hesabında yayımladığı videomüraciətdə bildirib.

"Düşmən PUA-larının bizə qarşı yaratdığı təhdidlərin hər gün artdığına şübhə yoxdur. Biz bunu uzaqdakı döyüş meydanlarında və öz sərhədlərimizdə görürük", – deyə o qeyd edib.

Heqset bildirib ki, PUA-ların ABŞ qüvvələrinə zərbə endirmə və ölkənin hava məkanını pozmaq üçün istifadə olunma riski mövcuddur.

"Ona görə də bu gün mən ordu nazirinə rəsmi olaraq birgə, dövlətlərarası işçi qrup yaratmasını tapşırıram... Bu, yeni birləşmiş qrup olacaq, orada bütün nazirliklərimizdən ən yaxşı mütəxəssislər bir araya gələcək ki, bu təhdidlərə cavab versinlər və səma üzərində nəzarəti bərpa etsinlər", – Pentaqon rəhbəri əlavə edib.