ABŞ-də hərbçilərə atəş açan şəxsin ailəsi deportasiya edilə bilər

Digər ölkələr
  • 28 noyabr, 2025
  • 06:22
ABŞ-də hərbçilərə atəş açan şəxsin ailəsi deportasiya edilə bilər

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası Ağ Evin yaxınlığında Milli Qvardiyanın patruluna atəş açan şəxsin ailə üzvlərini deportasiya etməyi düşünür

"Report" xəbər verir ki, Ağ Evin rəhbəri jurnalistlərin "Cinayətkarın Vaşinqton ştatında yaşayan arvadı və beş uşağı deportasiya ediləcəkmi?" sualına cavabında deyib: "Hazırda biz bu məsələni, ailəni əhatə edən bütün vəziyyəti araşdırırıq. Bu faciəvi vəziyyətdir".

Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında bir nəfər Vaşinqton şəhərinin mərkəzində, Admiral Devid Farraqut parkının yaxınlığında Milli Qvardiyanın hərbçilərinə atəş açıb. Hadisə yeri Ağ Evdən təxminən 300 metr aralıda olub.

Hücum edən şəxs və iki Milli Qvardiyanın hərbçisi yaralanaraq xəstəxanaya yerləşdirilib. Daha sonra qadın hərbçi aldığı xəsarətlərdən dünyasını dəyişib.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem bildirib ki, şübhəli şəxs 2021-ci ildə Amerika qoşunlarının bu ölkədən çıxarılmasından sonra əfqanları Birləşmiş Ştatlarda qarşılamaq proqramı çərçivəsində Əfqanıstandan gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti