ABŞ-də gənc oğlan şerifin müavinini xidməti silahı ilə güllələyərək öldürüb

Digər ölkələr
  • 09 noyabr, 2025
  • 07:32
ABŞ-də gənc oğlan şerifin müavinini xidməti silahı ilə güllələyərək öldürüb

ABŞ-nin Mayami dairəsinin şerif müavini Devin Xaramillo öz xidməti silahı ilə güllələnərək öldürülüb.

Bu barədə "Report" "NBC News" telekanalına istinadən xəbər verir.

Məlumata görə, polis yol qəzası çağırışına cavab olaraq şübhəli ilə şifahi mübahisəyə girib, mübahisə qarşıdurmaya çevrilib. Mübahisə zamanı şübhəli polisin xidməti silahını əlindən alaraq ona atəş açıb.

Zabit güllə yaraları ilə xəstəxanaya aparılıb, lakin tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra 21 yaşlı Stiven Devid Rastriyan kimi tanınan şübhəli avtomaşınına minərək intihar edib.

Təhqiqatla Şerif Ofisinin cinayət bölməsi məşğul olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti