ABŞ daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib
Digər ölkələr
- 10 sentyabr, 2021
- 19:31
ABŞ bu gün daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn məlumat verib.
Onun sözlərinə görə, ABŞ vətəndaşlarından 19-u çarter reysi ilə, daha 2-si isə quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə aparılıb.
Bununla yanaşı, ABŞ-da yaşamaq icazəsi olan 13 nəfər Əfqanıstanı tərk edib.
Horn əlavə edib ki, davam edən terror təhlükəsi səbəbindən ABŞ rəhbərliyi müxtəlif yollarla və fərqli nöqtələrdən Əfqanıstandan təxliyəni davam etdirəcək.
Son xəbərlər
18:56
"Masdar" Azərbaycanı investisiyaların cəlb edilməsi üçün unikal istiqamət adlandırıb
Maliyyə18:50
Azərbaycan Əlcəzair ilə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib
Biznes18:47
Foto
Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xarici siyasət18:46
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
İnfrastruktur18:38
Zelenski Trampla raket əleyhinə sistemlərin istehsalı üçün lisenziyaların alınmasını müzakirə edib
Digər ölkələr18:28
Foto
Azərbaycan hərbçiləri "Qafqaz Qartalı - 2026" təlimində iştirak edirlər
Hərbi18:24
Azərbaycan beynəlxalq investorları "yaşıl enerji" sahəsində tərəfdaşlığa dəvət edir
Biznes18:18
Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişi üzrə qanun layihələrini təsdiqləyib
Digər ölkələr18:08