ABŞ-da növbəti atışma: 11 yaralı

Digər ölkələr
  • 02 avqust, 2015
  • 07:19
ABŞ-da növbəti atışma: 11 yaralı

Bakı. 2 avqust. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarında növbəti silahlı insident baş verib.

"Report"-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, Nyu-York şəhərinin Bruklin rayonunda naməlum silahlı şəxs 11 nəfəri yaralayıb.

Silahlı şəxsin hadisə yerindən qaçdığı bildirilir.

Federal Təhlükəsizlik Bürosu hadisənin terror aktı olub olmadığını araşdırır.