ABŞ-da masaj salonlarına silahlı hücumda 7 nəfər ölüb
Digər ölkələr
- 17 mart, 2021
- 01:25
ABŞ-ın Atlanta şəhərində və ətrafında yerləşən masaj salonlarına edilən silahlı hücum zamanı azı yeddi nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
İlk hadisə Atlanta yaxınlığındakı Çeroki dairəsində yerləşən masaj salonunda qeydə alınıb. Naməlum şəxs insanlara atəş açıb. Nəticədə üç nəfər ölüb, ikisi isə xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.
Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.
Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.
Son xəbərlər
06:54
Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb - YENİLƏNİB
Digər ölkələr06:41
Video
"Haber Global" İlham Əliyevlə Ursula Fon der Lyayenin görüşü barədə süjet hazırlayıb
Xarici siyasət06:20
Yasamal və Nizami rayonlarının bir hissəsində enerjinin verilişində fasilə yaranacaq
Energetika06:17
Malik Tillman ABŞ - Bosniya və Herseqovina matçının ən yaxşı fubolçusu adına layiq görülüb
Futbol06:07
DÇ-2026: ABŞ millisi Bosniya və Herseqovinaya qalib gələrək 1/8 finala yüksəlib - YENİLƏNİB-5
Futbol05:57
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
Region05:28
BMT ilin sonunadək ABŞ və Çindən üzvlük haqlarını almağı gözləyir
Digər ölkələr04:45
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
Futbol04:36