ABŞ-da koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb
Digər ölkələr
- 02 oktyabr, 2021
- 05:47
Koronavirusdan ölən ABŞ sakinlərinin sayı 700 min nəfəri ötüb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin açıqladığı statistikada bildirilir.
Məlumata görə, ölkədə indiyədək koronavirusa 43 615 149 yoluxma halı qeydə alınıb ki, onun 700 258-i ölümlə nəticələnib.
Sentyabr ayında ABŞ-da gündəlik orta hesabla 120 min yoluxma halı qeydə alınıb və bu, dünyada ən yüksək göstərici hesab olunur.
Dünyada koronavirusa ən çox yoluxma da məhz ABŞ-ın payına düşür. Bu baxımdan ikinci yeri tutan Hindistanda 33 766 707 yoluxma halı qeydə alınıb. Üçüncü yerdə 21 445 651 yoluxma ilə Braziliya qərarlaşıb.
Son xəbərlər
22:28
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib
Region22:22
"Suriya Demokratik Qüvvələri"nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq
Digər ölkələr22:21
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Dünya Kubokunun qalibi olub
Fərdi22:18
Paolo Maldini İtaliya Futbol Federasiyasında texniki direktor vəzifəsindən ayrılıb
Futbol22:09
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək
Digər ölkələr21:52
Foto
Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
Mədəniyyət siyasəti21:48
Foto
AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
Fərdi21:43
Tramp: Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var
Digər ölkələr21:29