ABŞ-da koronavirusa yoluxma hallarının sayı 20 milyonu ötdü
Digər ölkələr
- 01 yanvar, 2021
- 18:41
Amerika Birləşmiş Ştatlarında COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların sayı 20 milyonu keçib.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarda yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Xopkins Universiteti məlumat yayıb.
Mütəxəssislər ölkədə virusa 20 007 149 yoluxma halını aşkarlayıb. Məlumata görə, Birləşmiş Ştatlarda virusdan ölüm hallarının sayı isə 346,4 mini ötüb. COVID-19-a ən çox yoluxma Kaliforniyada (2,30 milyon) qeydə alınıb. Bununla yanaşı, Texasda COVID-19-a 1,77 milyon, Floridada 1,32 milyon, Nyu-Yorkda 979 min və İllinoysda 963 min yoluxma qeydə alınıb.
Birləşmiş Ştatlar koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Son xəbərlər
16:01
Rauf Xəlilov növbəti 4 il müddətinə Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib
Fərdi15:48
"AzerGold" "Şəhərsalma və Memarlıq İli"ndə yeni xatirə sikkəsi təqdim edəcək
Sənaye15:44
Azərbaycanda transfer qiymətlərinin öncədən razılaşdırılması müzakirə edilib
Biznes15:44
Tramp İrana silah tədarük edən ölkələri 50% tariflə hədələyib
Digər15:38
Serbiyada qaz şəbəkəsinə yeni qoşulmalar üçün dövlət rüsumu 1000 avroya yaxın olacaq
Digər ölkələr15:37
Vens: Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında əhəmiyyətli irəliləyiş var
Digər ölkələr15:34
Tramp: İran uranı zənginləşdirməyəcək, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparırıq
Digər ölkələr15:33
Azərbaycan və Pakistan ikitərəfli münasibətləri müzakirə edib
Xarici siyasət15:32