ABŞ-da koronavirus peyvəndi bir neçə nəfərin ölümünə səbəb oldu
Digər ölkələr
- 08 dekabr, 2020
- 20:43
Amerikanın əczaçılıq nəhəngi “Pfizer” və alman şirkəti “BioNTech” tərəfindən birgə hazırlanmış vaksinin sınaqları zamanı altı nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Ərzaqların və Dərmanların Keyfiyyət məsələləri üzrə İdarəsinin hesabatında bildirilir.
Qeyd edilir ki, ölümcül nəticə peyvənd edilən, həm də plasebonu almış pasiyentlər qrupunda baş verib. Preparatı alanlar arasında iki insan ölüb, plasebo könüllüləri arasında dörd nəfər dünyasını dəyişib.
Sənəddən göründüyü kimi, peyvənd edilənlər qrupuna düşmüş pasiyentlərdən biri piylənmə və aterosklerozdan əziyyət çəkib. O, preparatların birinci dozasının alınmasından üç gün sonra ölüb. Digər könüllüdə isə ikinci dozanın tətbiqindən 60 gün sonra ürəkdayanması baş verib.
Son xəbərlər
02:33
Rusiyanın xarici dövlət borcu bir ayda 600 milyon dollardan çox artıb
Region02:15
ABŞ-nin İrana aviazərbələri nəticəsində bir gündə 35 nəfər ölüb
Region02:08
Tomas Tuxel: "Düşünmürəm ki, problem taktiki quruluşda idi"
Futbol02:02
Lionel Skaloni: "Futbolçularımızın nümayiş etdirdiyi xarakteri və oyunu sözlə ifadə etmək çətindir"
Futbol01:42
Vens İsraildə İranla münaqişənin uzanmasında maraqlı qüvvələrin olduğunu bildirib
Digər ölkələr01:18
Lionel Messi İngiltərə - Argentina matçının ən yaxşı oyunçusu olub
Futbol01:04
DÇ-2026: Finalda və üçüncü yer uğrunda üz-üzə gələcək komandalar müəyyənləşib
Futbol01:03
Foto
DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub - YENİLƏNİB-6
Futbol00:33