ABŞ-da fövqəladə vəziyyət rejimi elan edilib
Digər ölkələr
- 10 may, 2021
- 06:05
ABŞ hökuməti boru kəməri vasitəsilə yanacaq nəqli ilə məşğul olan ölkənin ən böyük operator şirkəti “Colonial Pipeline”nın fəaliyyətinin dayandırılması ilə əlaqədar regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edib.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Daha əvvəl “Colonial Pipeline” kiberhücuma məruz qaldığını bildirmişdi. Şirkət bununla əlaqədar təhdiddən qorunmaq üçün bəzi sistemlərini bağlayıb.
KİV-in məlumatına görə, “Colonial Pipeline”a kiberhücum zorla pul “qopardan” proqramdan istifadə edilərək həyata keçirilib. “Bloomberg” isə hücumun arxasında “DarkSide” cinayətkar qruplaşmasının dayandığını, onların 100 giqabayt şirkət məlumatlarını oğurlamağı bacardıqlarını bildirib.
Son xəbərlər
09:08
Konqoda "Ebola"dan ölənlərin sayı 115-ə yüksəlib
Sağlamlıq09:05
Lionel Messi Argentina millisində 117-ci qolunu vurub
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.06.2026)
Maliyyə08:58
ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, Yaponiyanı müdafiə etmək öhdəliyini təsdiqləyib
Digər ölkələr08:50
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.06.2026)
Maliyyə08:42
Foto
Rabatda Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
Xarici siyasət08:29
Yaponiya İran ətrafındakı vəziyyətdən narahatlığını bildirib
Digər ölkələr08:15
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:12