ABŞ-da COVID-19-a yoluxma sayı 16 milyonu keçdi

Digər ölkələr
  • 12 dekabr, 2020
  • 22:24
ABŞ-da COVID-19-a yoluxma sayı 16 milyonu keçdi

ABŞ-da son sutka ərzində 181 732 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

“Report” xəbər verir ki, bu barədə Cons Hokins Universitetinin məlumatında bildirilir.

Ümumilikdə ölkədə COVID-19-a yoluxmuş şəxslərin sayı 16 014 839 nəfərə çatıb, 297 501 pasiyent həyatını itirib.

İndiyədək ABŞ-da 9,6 milyondan çox xəstə sağalıb.