ABŞ-da atışmalar zamanı 2 nəfər öldürülüb, yaralananlar var
Digər ölkələr
- 20 iyun, 2021
- 09:44
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən iki atışma nəticəsində azı iki nəfər həlak olub, daha dörd nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “6abc” telekanalı bildirib.
Məlumata əsasən, birinci atışma yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 22:30) olub. Hadisə yerinə gələn polislər iki kişini və üçyaşlı uşağı yaralı vəziyyətdə aşkarlayıblar. Kişilər xəstəxanada ölüblər, uşağın vəziyyəti sabit qiymətləndirilir.
İkinci hadisə yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 03:30-da) olub. Atışma nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti sabitdir.
Polis hadisə ilə bağlı heç kimi saxlamayıb.
Son xəbərlər
09:40
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
Futbol09:26
Ötən həftə 593 yanğına çıxış olub, 7 meyit aşkarlanıb
Hadisə09:25
İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb
Futbol09:16
İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Hadisə09:06
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
Futbol09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.06.2026)
Maliyyə09:00
Kolumbiyada keçirilən prezident seçkilərində ifrat sağçı De la Esprielya qalib gəlir
Digər ölkələr08:49
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hadisə08:41