ABŞ bu həftə yeni strateji bombardmançı təyyarəsini təqdim edəcək
Digər ölkələr
- 29 noyabr, 2022
- 22:28
ABŞ dekabrın 2-də yeni "B-21 Raider" strateji bombardmançı təyyarəsini təqdim edəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun təmsilçisi Patrik Rayder keçirdiyi brifinqdə bildirib.
"Müdafiə naziri Lloyd Ostin Kaliforniya ştatının Palmdale şəhərində "B-21 Raider" strateji bombardmançısının buraxılışında iştirak edəcək", - Rayder deyib.
Bundan əvvəl "19FortyFive" hərbi portalı "B-21 Raider"in nüvə qabiliyyətinə malik olduğunu və beləliklə, ölkənin nüvə triadasında mühüm rol oynayacağını yazıb.
Bildirilir ki, B-21 Hərbi Hava Qüvvələrinə düşmən hava məkanında olarkən dəqiq zərbələr endirməyə imkan verəcək.
Bombardmançının ilk uçuşu 2023-cü ilin əvvəlinə planlaşdırılır.
Son xəbərlər
17:56
"Kəpəz" BOKT-un istiqrazlarına 50 investor maraq göstərib
Maliyyə17:49
Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb
Biznes17:45
Mourinyo Vinisiusu "Real"da qalmağa razı salmaq istəyir
Futbol17:39
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib
Hadisə17:37
İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
Digər ölkələr17:34
Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
Region17:27
Polşa qırıcı təyyarələri Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsinin qarşısını alıblar
Digər ölkələr17:22
Foto
Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Xarici siyasət17:18