ABŞ, Aİ və Ukrayna dekabrın 13-də Parisdə sülh planını müzakirə edəcək

Digər ölkələr
  • 11 dekabr, 2025
  • 20:22
ABŞ, Aİ və Ukrayna dekabrın 13-də Parisdə sülh planını müzakirə edəcək

ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələri Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı təklif etdiyi sülh planının müzakirəsi üçün dekabrın 13-də Parisdə görüşəcəklər.

"Report" xəbər verir ki, bu barədə "Axios" Ağ Evin nümayəndəsi və Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

Görüş transatlantik münasibətlərdə yaranan gərginlik fonunda ABŞ Prezidenti Donald Trampın sülh planına dair konsensusa nail olmaq cəhdi kimi yozulur.

Son xəbərlər

Bütün Xəbər Lenti