71 yaşlı milyarder Çexiyanın Baş naziri təyin edilib
- 09 dekabr, 2025
- 13:29
Çexiya Prezidenti Petr Pavel parlament seçkilərində qalib gələn ANO ("Narazı vətəndaşların aksiyası") hərəkatının sədri Andrey Babişi ölkənin baş naziri təyin edib.
Bu barədə "Report" TK portalına istinadən məlumat verir.
Prezident administrasiyasının mətbuat xidmətinin məlumatına görə, yaxın günlərdə P.Pavel baş nazirin formalaşdırdığı Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyəcək.
Baş nazir hökuməti ANO, eləcə də SPD ("Azadlıq və birbaşa demokratiya") və Motorist ("Avtomobilçilər") siyasi hərəkatlarının nümayəndələrindən formalaşdırır. Bu siyasi qüvvələr parlamentdə 200 deputat yerindən 108-nə malikdir.
71 yaşlı Babiş milyarder, siyasətçi və həmçinin 2011-ci ildən ANO hərəkatının lideridir. Forbes onun sərvətini 4,3 milyard dollar qiymətləndirir. O, uzun illərdir kənd təsərrüfatından bərpa olunan enerji mənbələrinə və kütləvi informasiya vasitələrinə qədər müxtəlif sahələrdə 210-dan çox şirkəti idarə edən Agrofert holdinqinin ortağıdır. Siyasətçi əvvəllər Baş nazir vəzifəsi naminə Agrofert-i kənar idarəetməyə verməyi qərara aldığını bildirib.