Praqada Azərbaycanın Zəfər Günü münasibətilə xatirə gecəsi keçirilib

Diaspor
  • 10 noyabr, 2025
  • 22:04
Praqada Azərbaycanın Zəfər Günü münasibətilə xatirə gecəsi keçirilib

Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində 8 Noyabr – Zəfər Günü münasibətilə xatirə gecəsi təşkil olunub.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Tədbir komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycanın Çexiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Gecənin əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin azad olunması ilə bağlı çıxışını və xalqımızın sevinc dolu reaksiyasını əks etdirən videoçarx böyük maraqla izlənib.

Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərova çıxış edərək, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb. O, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin həm mənəvi, həm də milli dəyər baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Leyla Begim Cəfərovanın çex dilinə tərcümə olunan "Atla Gediş" pyesi də səhnələşdirilib. Çex aktyorları Rixard Fiala, Qabriela Pišna, Vitek Mastalir və Krištof Nohinek canlandırdığı obrazlarla tamaşaçılarda emosiyalar yaradıb.

Gecədə, həmçinin rəssam Vəfa Aşumovanın Zəfər Günü münasibətilə hazırladığı "Natəvan" kuklası və rəssam Heyran Mustafazadənin "Rişələr" adlı sərgisi nümayiş olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti