Rusiyada azərbaycanlı Dövlət Dumasında Ekspertlər Şurasının üzvü seçilib
- 02 iyul, 2015
- 13:27
Bakı. 2 iyul. REPORT.AZ/ Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi Araz Oqtay oğlu Mürsəliyev Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər Şurasının üzvü seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Xalqlar Dostluğu” Fondunun təsisçisi və rəhbəri, “Günay” kommersiya firmasının rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının deputatı, Dumanın Milli Məsələlər üzrə katibi, professor Hacımet Səfərəliyevin qərarı ilə şuranın üzvü olub.
Azərbaycan diasporunun fəal nümayəndələrindən biri A. Mürsəliyev buna qədər iki ölkə arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə, eləcə də yaşadığı şəhərdə ictimai fəaliyyətinə, fəal vətəndaşlıq mövqeyinə görə medal və təşəkkürnamə ilə təltif edilib.